Sizin link burada

Rusiyada neft borusu yandı, evlər işıqsız qaldı

 

Rusiyanın Saratov vilayətində magistral neft borusunda yanğın nəticəsində 30 fərdi ev işıqsız qalıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Saratov vilayətinin qubernatoru Valeri Radayev bildirib.

 

“Əhali arasında təşvişə heç bir əsas yoxdur – hər şey nəzarətdədir. Hazırda 15 dərəcə şaxtada 30-dək fərdi ev işıqsız qalmaqdadır”, -deyə Radayev hadisənin baş verdiyi Krasnoarmeyskoye kəndində yaradılmış əməliyyat qərargahında keçirilən iclasda deyib.  

 

Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

 

“Transneft”in məlumatına görə, bu gün  Kuybışev-Tixoretsk magistral neft borusunda qəza nəticəsində 900 kubmetrədək neft sızıb (Bəzi mənbələr 2 min kubmetrədək neftin azdığını iddia edir). Məlumata görə, hadisə yerində daha sonra baş vermiş yanğın yaxınlıqdakı iki evə keçib. Sakinlər təxliyə olunub, xəsarət alan olmayıb.

 

Hazırda yanğın tam söndürülüb.  

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>