Sizin link burada

Volqoqradda atışma: azərbaycanlı qardaşlar ağır yaralandı

Rusiyanın Volqoqrad şəhərində atışma zamanı 1 nəfər ölüb, ikisi azərbaycanlı olmaqla, 3 nəfər ağır yaralanıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  ilkin məlumata əsasən, münaqişə şəhərin Krasnoarmeyski küçəsində fəaliyyət göstərən kafelərdən birində baş verib.  

 

Öldürülən şəxsin milliyyətinin rus, yaralananlardan birinin – çeçen, digər iki nəfərin isə azərbaycanlı qardaşlar olduğu bildirilir.  

 

Qafqazlı olduğu bildirilən silahlı şəxslər hadisə yerindən iki avtomobillə uzaqlaşıblar. “İnfiniti” və “Lada Priora” markalı avtomobillərin axtarışı və saxlanılması istiqamətində əməliyyat aparılır.

 

Bəzi məlumatlara görə, hücum edən şəxslər artıq saxlanılıb.   

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>