Sizin link burada

Göygöldə veteran “OKA” ilə qəzaya düşdü

Göygöldə veteranın idarə etdiyi avtomobil qəzaya uğrayıb, xəsarət alan var. APA-nın verdiyi xəbərə görə, hadisə Qızılca kəndi ərazisində baş verib.  Gəncə şəhər sakini 1960-cı il təvəllüdlü  Aslanov Cahan Aslan oğlu idarə etdiyi “OKA” markalı avtomobil ilə hərəkətdə olarkən özünü pis edib və maşın başqa nəqliyyat vasitəsinə dəyib.

 

Xəsarət alan sürücü C.Aslanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır. 

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>