Sizin link burada

“Barselona”da yeni müqavilə

“Barselona” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Xerard Pike ilə yeni müqavilə imzalayıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi 2022-ci ilin yayına kimi Kataloniya təmsilçisinin formasını geyinəcək.
 
Sözləşmədə Pikenin transfer qiyməti də göstərilib. Bu müddətdə onu heyətinə qatmaq istəyən klub “Barselona”ya 500 milyon avro ödəməli olacaq.
 
Qeyd edək ki, “Barsa”nın yetirməsi olan Xerard Pike 2008-ci ildən əsas komandanın üzvüdü.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>