Sizin link burada

Ebrunun başı bəlada: Rzanın hədiyyəsinə görə 3 ilə qədər həbs tələbi

ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Zərrabın ad günündə həyat yoldaşı Ebru Gündeşə hədiyyə etdiyi malikanə müğənninin başına bəla olub. Lent.az-ın Gecce.com.tr-yə istinadən verdiyi məlumata görə, ifaçı dənizkənarı tarixi malikanədə təmir işləri gördürdüyünə görə Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozduğu üçün məhkəməlik olub. Ebruya 3 ilədək həbs cəzası tələb edilib. 
 

Gündeş bu ittihamı qəbul etməyib. Müğənninin vəkili Can Gürel açıqlamasında bu cür iddianın hüquqi müstəviyə daşınmasını doğru hesab etməyərək ittihamla bağlı şikayət ərizəsi verəcəklərini bildirib. Onlar prosesə yenidən baxılmasını tələb ediblər. 
 

Məhkəmə təxirə salınıb.

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>