Sizin link burada

Dələduzluğa görə tutuldu, qəbiristanlıqda silah gizlətdiyini etiraf etdi

Daxili İşlər Nazirliyi qəbiristanlıqda silah tapılması barədə məlumat yayıb.
 
 
 
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən, verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətdiyini etiraf edib.
 
 
 
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbiristanlıqda  R.Məmmədovun gizlətdiyi, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 2 patron aşkar edilərək götürülüb.
 
 
 
Qeyd edək ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti də yanvarın 17-də məlumat yayıb.

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>