Sizin link burada

Qadının boynundan boyunbağını qırıb qaçdı

 

Yanvarın 10-da Gəncə şəhər sakini olan qadın qızıl boyunbağısının boynundan qoparılıb aparılması barədə Kəpəz Rayon Polis İdarəsinə müraciət edib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, faktla əlaqədar cinayət işi başlanılıb.

 

Həyata keçirilən əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib. 

 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Nağıyev olması müəyyən edilib. Saxlanılan şəxsin həmçinin zərərçəkmişin qohumu olması da məlum olub. 

 

LENT

25 May 2018

Digər xəbərlər >>>