Sizin link burada

Teo Uolkott "Everton"a keçdi

“Beşiktaş”dan Cenk Tosunu transfer edən “Everton” daha bir keçidi rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi “Arsenal”dan Teo Uolkottu alıb.

 

28 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvünün transferi “Everton”a 20 milyon funt-sterlinqə başa gəlib. Təcrübəli futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Uolkott 12 il şərəfini qoruduğu "Arsenal"da 397 oyun keçirib, 108 qol vurub.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>