Sizin link burada

Bakıda taksi qadını vurdu

Bakının Qaradağ rayonu ərazisində qadını avtomobil vurub.

 

APA-nın məlumatına görə, avtoqəza Müşfiqabad qəsəbəsində baş verib.

 

Qəsəbə sakini Nazilə Nəsirova yolu keçmək istəyən zaman taksi kimi fəaliyyət göstərən minik avtomobilinin zərbəsi ilə üzləşib. Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə 1 saylı Xəstəxanaya çatdırılıb və həkim nəzarətinə verilib.

 

Yol qəzası ilə bağlı araşdırmalar aparılır.

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>