Sizin link burada

Maşın iki piyadanı vurdu - Tovuzda

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qovlar şəhəri ərazisində hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki piyada - 2002-ci il təvəllüdlü Tapdıq Axundov və 2005-ci təvəllüdlü Emin Adıgözəlovu vurub.

 

Xəsarət alan piyadalar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, E.Adıgözəlovun vəziyyəti orta-ağır, Tapdıq Axundov isə normaldır.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>