Sizin link burada

Ağdamda “VAZ”la “Qazel” toqquşdu, yaralanan var

Ağdamda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndi ərazisində baş verib.

 

1985-ci il təvəllüdlü Gözəlov Tural Məhəmməd oğlu idarə etdiyi “VAZ-2106” markalı “02 BR 489”  qeydiyyat nömrə nişanlı minik maşını ilə hərəkətdə olarkən  “10 LZ 874” dövlət nişanlı “QAZEL” markalı maşınla toqquşub.

 

Nəticədə “VAZ” markalı maşının sahibi T.Gözəlov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>