Sizin link burada

Qardaşını bıçaqlayan şəxs azadlığa buraxıldı - HÖKM

 

Qardaşını bıçaqlamaqda təqsirləndirilən Qarakişi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Tamilla Nəsrullayeva sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Q.Babayev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və  məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, hadisə bu il Bakıda baş verib. Hadisə zamanı Qarakişi Babayev sərxoş olub. Həmin vəziyyətdə onun yanına qardaşı Mirdaməd Babayev gəlib. Sonra qardaşlar arasında mübahisə yaranıb. Səbəb isə ailə münaqişəsi olub. Belə ki, Mirdaməd Babayev qardaşının qohumlardan birinin yas mərasimində iştirak etməsinə irad bildirib. Mirdaməd qardaşına niyə yas mərasiminə getdiyini deyib. Daha sonra onlar əlbəyaxa olublar və Qarakişi Babayev qardaşını bıçaqlayıb.

LENT

23 May 2018

Digər xəbərlər >>>