Sizin link burada

Şəmkir sakini küçədə güllələndi

Şəmkirdə silahlı insident olub.

 

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.

 

Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb. 

 

Güllə yarası alan M. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

LENT

20 Fevral 2018
19 Fevral 2018

Digər xəbərlər >>>