Sizin link burada

Bakıda qəbiristanlıqda basdırılmış silah çıxarıldı

Penitensiar xidmətinin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları və Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinin əməkdaşları birgə əməliyyat tədbiri həyata keçirib. Lent.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, əməliyyat nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəbristanlıqda xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.

 

Fakt üzrə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi tərəfindən araşdırma aparılır.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>