Sizin link burada

ABŞ Suriyaya dair qərarını NATO ilə razılaşdırmayıb

ABŞ Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri”nin yaradılmasına dair  NATO ilə heç bir məsləhətləşmə aparmayıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.    

 

“Biz məsələ ilə bağlı Türkiyənin narahatlığını başa düşürük”, - deyə Stoltenberq Ərdoğana bildirib.  

 

 

Bundan əvvəl ABŞ-ın YPG dəstələrini məxfi şəkildə zenit-raket kompleksləri ilə təmin etdiyi bildirilmişdi.  Türkiyə rəhbərliyi buna kəskin etirazını bildirib. 

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>