Sizin link burada

Azərbaycan diasporunun oğurlanmış üzvü azad edildi - Kiyevdə

2017-ci ilin dekabrın 11-də Kiyev şəhərində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanan Azərbaycanın Ukraynadakı diasporunun üzvü Hikmət Abdullayev azad olunub və cinayətdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
 
 
 
Bu barədə APA-ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev məlumat verib. O bildirib ki, hadisə baş verən andan Azərbaycanın Ukraynadakı səfirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna hüquq-mühafizə orqanları arasında müvafiq işlər görülüb. Səfirlik tərəfindən Ukraynanın Prezident Aparatına, Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə müraciətlər edilib, həmin qurumlarda görüşlər keçirilib.
 
 
Azərbaycan tərəfinin köməkliyi və Ukrayna hüquq-mühafizə orqanlarının səyi nəticəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri öz effektini verib və cinayətdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. Hazırda müvafiq əməliyyat tədbirləri davam etdirilir.
 
 
H. Abdullayevin oğlu Coşqun atasının azad olunmasında göstərdiyi köməkliyə görə Azərbaycan hökumətinə, Ukraynadakı səfirliyə və Ukrayna hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>