Sizin link burada

Rəqsanənin keçmiş sevgilisinin ailəsinin məhkəməsi başladı

 

Baş Dövlət Yol Polisi İdarəsinin sabiq əməkdaşı Fərid Azayev, qardaşı Faiq Azayev və onların atası İsif Azayevin cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Təqsirləndirilən şəxslər dövlət tərəfindən təyin edilən vəkillərdən imtina etdiklərini və öz vəkilləri ilə müqavilə bağlamaq istədiklərini deyiblər.

 

Məhkəmə onlara vaxt verib.

 

Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.

 

 

Qeyd edək ki, 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq, onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Fərid Azayevə və onun qardaşı Faiq Azayevə qarşı Cinayət Məcəlləsinin 144.2.1 (iki və ya daha çox adam barəsində törədilən adam oğurluğu), 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən adam oğurluğu) və 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilən seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Azayev 10 il 6 ay və Vüsal Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Faiq Azayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs olunub. Sona Kərimova barəsində isə 2700 manatlıq cərimə cəzası kəsilib.

 

Daha sonra Azayev qardaşlarının atası İsif Azayev də həbs edilib. O və oğulları CM-nin 177-ci (oğurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.

 

Onu da qeyd edək ki, Azayev qardaşlarının Azərbaycan şou biznes nümayəndələri ilə də münasibətləri yaxşı olub. Hətta Faiq Azayevlə müğənni Rəqsanə arasında uzun müddətli sevgi münasibətləri olub.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>