Sizin link burada

Məmmədyarov və Nalbandyan yanvarın 18-də Krakovda görüşəcək

Xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>