Sizin link burada

Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadına ev bağışladı

Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı çeçen qadın Mədinə Əliyevaya Qroznı şəhərində ev bağışlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, çeçen qadına ev Əhməd-Hacı Kadırov Fondu tərəfindən hədiyyə olunub. Ev bütün lazımi avadanlıqlarla təmin edilib.

 

Mədinə Əliyeva İordaniyada doğulduğunu bildirib. O qeyd edib ki, vətəni Çeçenistana qayıtmaq istəyib, lakin yolda qarət edilib. 104 yaşlı Mədinə Əliyeva yeni mənzilində kimsəsizlər evində böyüyən 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman Hacımuratovlarla birgə yaşayacaq.

 

Qeyd edək ki, 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində, küçədə köməksiz vəziyyətdə olan bir ahıl qadını aşkar ediblər. Həmin qadının üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Qadın müayinədən keçirilmək üçün rayon xəstəxanasına yerləşdirilib. Qadına 3 gün xəstəxanada tibbi yardım göstərilib, daha sonra “Təmiz Dünya” İctimai Birliyinin Bakıdakı sığınacağına təhvil verilib. Polis əməkdaşlarının onunla apardığı söhbət zamanı özünü Mədinə Əliyeva kimi təqdim edən qadın 1913-cü ildə Dağıstanın Xasavyurt rayonunda anadan olduğunu və milliyətcə çeçen olduğunu bildirib. Dərhal məsələ ilə bağlı araşdırmalara başlanılıb. Dağıstana və Çeçenistana müvafiq sorğular göndərilib. Qadın bu yaxınlarda Çeçenistana təhvil verilib.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>