Sizin link burada

Aeroport yolunda ağır qəza: ölən var

 

Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dünən saat 18 radələrində Heydər Əliyev prospektinin Bülbülədən keçən hissəsində (Aeroport yolu) "Hyundai" markalı, 99 GM 354 dövlət qeydiyyat nişanlı avtomobil 36 yaşlı kişini vurub. Ağır xəsarət alan piyada hadisə yerində keçinib.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>