Sizin link burada

Bakıda avtomobil dairəyə çırpıldı: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, ötən gecə 1992-ci il təvəllüdlü Əhmədov Məhəmməd Rəşid oğlunun idarə etdiyi “VAZ 21 014” markalı avtomobil Binəqədi rayonu ərazisində - Xocasən dairəsində aşıb. Məhdudiyyətli görmə şəraitində düzgün manevr edə bilməyən sürücü avtomobili dairənin kənarına çırpıb və nəqliyyat vasitəsi aşıb. O, yüngül xəsarətlərlə xilas ola bilsə də, avtomobildəki qadın sərnişin aldığı ağır xəsarətlərdən vəfat edib.

 

Hazırda ölən qadının şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

22 Yanvar 2018
21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>