Sizin link burada

"VAZ" aşdı, sürücü xəstəxanalıq oldu

Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər xəsarət alıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>