Sizin link burada

Ajda Pekkanın Bakı konserti baş tutdu

Bu gün Heydər Əliyev Sarayında Türkiyənin tanınmış müğənnisi Ajda Pekkanın konserti olub. Lent.az-ın məlumatına görə, türkiyəli məşhur gecədə sevilən mahnılarını rəqs qruplarının müşayiəti ilə ifa edib. İfaçı konsert salonunda əyləşən tamaşaçılarıAzərbaycan dilində salamlayıb:

 

"Əziz azərbaycanlı dostlarım, xoş gəlmisiniz. Sizi burada görməkdən çox xoşbəxtəm. Sizin diliniz üçün ürəyim gedir. İllər əvvəl gələndə bu qədər yaxın dildə danışdığımızı başa düşməmişdim".

 

Qeyd edək ki, Ajda Pekkan "Nargiz" nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudovanın dəvəti ilə Bakıya gəlib. Konsert "Nargis" dərgisinin 5 yaşına həsr edilib.

LENT

25 Aprel 2018
24 Aprel 2018

Digər xəbərlər >>>