Sizin link burada

Limanda döyülən qadınlardan biri öldü

Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib.

 

APA-nın cənub bürosunun xəbərinə görə, anası ilə birgə döyülərək xəstəxanaya yerləşdirilən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib.

 

Bundan əvvəl xəbər verildiyi kimi, hadisə Liman şəhərində baş verib.

 

1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.

 

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və qızının vəziyyəti ağır olduğundan onlar ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

 

 Faktla bağlı araşdırma aparılır. 

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>