Şirvan rayonunda evin çardağın uçması nəticəsində bir nəfər dağıntılar altında qalıb.
Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, rayonda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb və 1 nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Mülkü Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil verib.