Sizin link burada

Yeni doğulmuş körpə öldü - GƏNCƏDƏ

Gəncədə sağlamlığında problem olan yeni doğulmuş körpə ölüb.

 

APA-nın verdiyi məlumata görə, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılova Rahilə Hətəm qızı 5 gün əvvəl  Gəncədə yerləşən Regional Pernotal Mərkəzdə uşaq dünyaya gətirib.

 

Müayinə zamanı uşaqda mədə bağırsaq sisteminin trafil qanaxması aşkar olunub. Tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, 5 gün sonra xəstəxanada ölüb.

 

Məlumata görə, bu R. İsmayılovanın dünyaya gətirdiyi 3-cü övladı olub.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>