Sizin link burada

“Femen”in yarıçılpaq fəalı Çexiya prezidentinə hücum etdi

“Femen” hərəkatının yarıçılpaq fəalı Praqadakı seçki məntəqəsində Çexiya prezidenti Miloş Zemana hücum edib.

 

Lent.az-ın “oxu.az”-a istinadən xəbərinə görə, Zeman məntəqəyə gələndə yarıçılpaq qadın ona hücum edərək səs verməsinə mane olmağa cəhd göstərib.

 

Hücum edəni prezident mühafizəsi saxlayıb.

 

İnsidentdən sonra Zeman seçki məntəqəsinə qayıdaraq söyləyib ki, femen hərəkatının fəalının hücum etməsi onun üçün böyük şərəfdir.

 

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>