Sizin link burada

Bakıda “Niva” sərxoş piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Nərimanov rayonunda, Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Belə ki, 90-PJ-807 dövlət seriyalı, “Niva” markalı avtomobil 1976-cı il təvəllüdlü Fətullayev Zaur Salman oğlunu vurub. Nəticədə o, xəsarət alıb.

 

“Niva”nın sürücüsünün və hadisə şahidlərinin sözlərinə görə, Z.Fətullayev sərxoş vəziyyətdə səkidən yolda hərəkətdə olan avtomobilin qarşısına yıxılıb. Yaralı xəstəxanaya yerləşdirilib.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>