Sizin link burada

Şaxta babaların fəaliyyət müddəti başa çatdı

Bakıda Yeni illə bağlı Şaxta baba və Qar qız cütlüyünün fəaliyyəti üçün verilmiş icazənin müddəti başa çatır.

 

Lent.az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

 

Qurum rəsmisi bildirib ki, Şaxta baba və Qar qız cütlüyünün xidməti üçün icazə ötən il dekabrın 15-dən bu il yanvarın 13-nə qədər verilib: "Artıq bu gün Şaxta baba və Qar qızlara verilən icazə başa çatır. Sabahdan onlar xidmət göstərə bilməyəcəklər".

 

Xatırladaq ki, bu dəfə Yeni illə bağlı Bakıda 5 cüt Şaxta baba və Qar qız fəaliyyət üçün Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinə müraciət etmişdi.

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>