Sizin link burada

“KAMaz”la “VAZ” toqquşdu - 2 yaralı - YENİLƏNİB

Gəncədə baş verən yol qəzası nəticəsində xəsarət alanların kimlikləri məlum olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, xəsarət alanlar şəhər sakinləri 1981-ci il təvəllüdlü Orucov Natiq, 1975-ci il təvəllüdlü Orucov Elşad və 1986-cı il təvəllüdlü Orucov Afiqdir.

 

Onların iki qardaş və əmioğlu olduğu bildirilir. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Orucov Natiqin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Yüngül xəsarət alan digər iki şəxs tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

***

 

Gəncədə iki avtomobil toqquşub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə “KAMaz” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-da olan iki nəfər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>