Sizin link burada

"Yeni lüğətdə qondarma sözlər yer almayacaq" - Orfoqrafiya Komissiyası

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.

 

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda “Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” müzakirə olunub.

 

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

 

Sonra yeni “Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. “Əsgər” sözünün “əskər”, “alqı-satqı” sözü “ alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.

 

Orfoqrafiya Komissiyası müzakirələrini bundan sonra da davam etdirəcək. 

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>