Sizin link burada

Xərçəngdən qurtulan məşhur aparıcı: "...iki ay vaxt verdi"

Xeyli vaxtdır ki, xərçənglə mübarizə aparan azərbaycanlı aparıcı Zümrüd Qasımovanın səhhətində yenidən problemlər yaranıb. Lent.az-ın məlumatına görə, aparıcı bu barədə sosial şəbəkədə yazıb:

 

“Milli Onkologiya Mərkəzinə getdim. Çox narahat idim. Son zamanlar özümü çox pis hiss edirdim: halsızlıq, depressiya, başdönmələri... Qorxurdum... Həkimimin yanına getdim. Onun gülərüzlüyünü görən kimi halım düzəldi. Analizlərin cavabına baxdı və dedi ki, xırda problemlər var, onkologiya ilə bağlı deyil. Söylədi ki, “Gözlərindəki həmişəki parıltı yoxdur, onu mütləq düzəlt. Sən bilirsən necə xoşbəxt insansan? Çünki sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə. Boş ver hər şeyi. Gül”. Gözlərimin yenidən parıldaması üçün iki ay vaxt verdi. Otaqdan çıxdım... Qapının yanında çarəsiz insanları görəndə anladım ki, xoşbəxtəm, Allah məni sevir”.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>