Sizin link burada

Tapança ilə ayağına atəş açdı - AZƏRBAYCANDA

Yanvarın 9-da Xızı rayonunun Giləzi qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə  xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yanvarın 6-da Giləzi qəsəbəsində qəsəbə sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə R.Cəbiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.  

 

Faktla əlaqədar cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə A.Rəhimov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal olunmuş tapança götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>