Sizin link burada

Xırdalanda yataqxana yandı - 17 nəfər təxliyə edildi - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı  17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

 

 

*****

 

10:31

 

 

Xırdalanda yataqxana binasında yanğın başlayıb.

 

APA-nın məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>