Sizin link burada

Bağlanan bankda pulu batanlara ŞAD XƏBƏR: bu ünvanlara gedin

“Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb.

 

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) “APA-Economics”ə verilən xəbərə görə, “Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyalar 26 ünvanda veriləcək.

 

Ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Fondun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

 

Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan  “DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına fevral 1-dən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.

 

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının  22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “DəmirBank” ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. ADİF Palatanın Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 dekabr 2017-cı il tarixli məktuba istinadən bildirir ki, “DəmirBank” ASC-də sığorta hadisəsi 22 dekabr 2017-ci ildə baş verib.

 

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

 

Ləğv prosesində olan “Dəmirbank” ASC-də qorunan əmanətçilərə kompensasiyaların verilməsi üzrə “Kapitalbank” ASC-nin filial şəbəkəsinin cədvəli:

 

 

 

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>