Sizin link burada

Gəncə sakini intihara cəhd edir

Gəncə şəhərində naməlum şəxs intihara cəhd edir. APA-nın FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən xəbərə görə, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.  

 

Hadisə yerinə polis əməkdaşları və  FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.   

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>