Sizin link burada

Putin: "Kim Çen Inın 13 min km uçan raketi var"

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

 

"Kim Çen In öz strateji vəzifəsinin öhdəsindən gəlib. O, bu partiyanın qalibidir. Onun nüvə başlığı və dünyanın istənilən nöqtəsinə çata biləcək, 13 min kilometr məsafəyədək uçan raketi var", - deyə Vladimir Putin qeyd edib. 

 

Rusiya prezidentinin fikrincə, hazırda Şimali Koreya lideri vəziyyəti stabilləşdirməkdə  maraqlıdır: "O, artıq savadlı və yetkin siyasətçidir".

 

Putin Koreya yarımadasının nüvəsizləşdirilməsini ancaq dialoq və danışıqlar yolu ilə etmək lazım olduğunu qeyd edib: "Hesab edirəm ki, bu, çətin olsa da, mümkündür".

LENT

17 İyul 2018
16 İyul 2018

Digər xəbərlər >>>