Sizin link burada

Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği artırılıb

“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsinə dair tələblər dəyişib.
 
 
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.
 
 
 
Qaydaya əsasən vahid ölkə stendi ilə iştirak edilən beynəlxalq sərgi və yarmarkaların cəmi təqvim ili ərzində 5-dən artıq ola bilməz. Dəyişikliyə əsasən təqvim ili ərzində vahid ölkə stendi ilə iştirak edilən beynəlxalq sərgi və yarmarkaların sayı ilə bağlı hədd artırılaraq 5-dən 10-a çatdırılıb.
 
 
 
Qaydaya uyğun olaraq beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləğinə həmin sərgi və ya yarmarkanın keçirildiyi məkanda yerin icarəsinə, stendin hazırlanması, dizaynı və quraşdırılmasına, nümayiş etdiriləcək məhsulların daşınmasına çəkilən xərclər daxildir. İndiyə qədər beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği həmin işlərə görə çəkilən xərclərin 30 faizini (5  min manatdan artıq olmamaqla) təşkil edə bilərdi. Dəyişikliyə əsasən qədər beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği həmin işlərə görə çəkilən xərclərin 50 faizini (10  min manatdan artıq olmamaqla) təşkil ediləcək.

LENT

21 Aprel 2018
20 Aprel 2018

Digər xəbərlər >>>