Sizin link burada

175 saylı marşrutun dayanacaqları da yeniləndi

 

175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Hövsən şossesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib.

 

Sərnişinlərin rahat şəkildə BakıKart əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb.

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>