Sizin link burada

Marşrut avtobusu betonqarışdıran maşınla toqquşdu - Bakıda

Bakıda marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.

 

APA-nın məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb. 214 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu betonqarışdıran maşınla toqquşub.

 

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar avtobusda olan sərnişinlər – 1955-ci il təvəllüdlü Əmrahova Gülxanım Vəli qızı və 2004-cü il təvəllüdlü Alışov Əmrah Əliağa oğludur.

 

Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir.  

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>