Sizin link burada

İranda ardıcıl ZƏLZƏLƏLƏR

İranın cənub-şərqindəki Kerman əyalətinin Hucidek qəsəbəsində və Sumar kəndində ardıcıl iki zəlzələ baş verib. Lent.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeraltı titrəyişlər 5,1 və 5,6 bal gücündə hiss edilib.

 

Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub. Tehran Universitetinin Seysmologiya şöbəsindən bildirilib ki, bu iki zəlzələnin ardından daha 5  zəif yeraltı titrəyiş qeydə alınıb.

 

Zəlzələ İranla yanaşı İraqda da hiss edilib. İraqın paytaxtı Bağdadla yanaşı Ərbil, Süleymaniyə, Diyala, Babil və Vasit şəhərlərində əhali təşviş keçirib.

 

Ölən və dağıntılarla bağlı məlumat yoxdur.

LENT

23 İyul 2018

Digər xəbərlər >>>