Sizin link burada

Yeni Günəşlidə TƏHLÜKƏ

“Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir”.

 

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

 

Dəstə rəisinin sözlərinə görə, buna səbəb texnogen və təbii amillər olub: “Yeni Günəşli qəsəbəsindən, Günəşli yaylası “Döngə 1” və “Döngə 2” ünvanlarından tektonik qırılma xətti keçir. Tektonik qırılma xətti Zığ qəsəbəsinin üst hissəsindən Qum adası istiqamətində uzanır. Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur. Bu isə yol infrastrukturuna, ətrafdakı tikililərə mənfi təsir göstərir”.

 

R. Həsənov qeyd edib ki, yağışların təsirindən prosesin dinamikasında aktivlik proqnozlaşdırılır.

LENT

23 Yanvar 2018

Digər xəbərlər >>>