Sizin link burada

ABŞ vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb

ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.
 
 
 
APA-nın məlumatına görə, bu barədə Dövlət Departamentinin amerikalı turistlərin üçün hazırladığı səfər tövsiyəsində bildirilir.
 
 
 
Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.
 
 
 
Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib. 
 
 
 
Əlavə edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı tövsiyədə yer alır.

LENT

18 Yanvar 2018
17 Yanvar 2018

Digər xəbərlər >>>