Sizin link burada

Qəzaya düşən İran tankerində partlayış oldu

Çin sahillərində yük gəmisi ilə toqquşan İrana məxsus neft tankerində partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Nəqliyyat nazirliyi məlumat verib.

 

Hadisə yerində yanğının aradan qaldırılması üzrə işlər müvəqqəti dayandırılıb.

 

Panama bayrağı altında üzən İran şirkətinə məxsus neft tankeri yanvarın 6-da Çinin şərq sahillərində Honkonqa məxsus yük gəmisi ilə toqquşub. Tankerin göyərtəsində 30 İran və 2 Banqladeş vətəndaşı daxil olmaqla, 32 nəfər heyət üzvü olub. Yanvarın 9-da qəza zamanı itkin düşən dənizçilərdən birinin meyiti tapılıb. Honkonqa məxsus gəmidə 21 heyət üzvü olub, onların hamısı xilas edilib.

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>