Sizin link burada

ABŞ-da leysan yağışları: 17 ölü

ABŞ-ın Kaliforniya ştatında sel və leysan yağışları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Santa-Barbara dairəsinin şerifi Bil Braun bildirib.

 

Onun  sözlərinə görə, daha 13 nəfər itkin düşmüş hesab edilir.

 

Təbii fəlakət nəticəsində bölgədə 100-dək yaşayış evi dağılıb. Bundan əvvəl 13 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilirdi. Ölümlə nəticələnən insidentlər Montesito şəhərində qeydə alınıb.

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>