Sizin link burada

“Əl-Qaidə”nin 3 lideri məhv edildi

ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində “Ərəb yarımadasında Əl-Qaidə” terror qruplaşmasının 3 lideri məhv edilib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ötən ilin noyabrında Əl Beydə əyalətində qruplaşmanın rəhbər komitəsinin üzvü Əbu Ömər əl-Sənani, dekabrda isə qruplaşmanın xarici əməliyyatlarının koordinatoru Mikdad Əl-Sənani öldürülüb.

 

Həmçinin dekabrın 19-da qruplaşmada silah, partlayıcı maddə və maliyyə vəsaitlərinin daşınmasına  cavabdeh olan Həbib əl-Sənani məhv edilib.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>