Sizin link burada

İranın hərbi gəmisi Xəzərdə qəzaya uğradı

İranın hərbi gəmisi Xəzər dənizində qəzaya uğrayıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Bəndər-Ənzəli limanında qeydə alınıb.

 

Qəminin beton dalğaqırana çırpılması nəticəsində gəminin 2 heyət üzvü itkin düşüb. Dənizə düşən altı nəfərdən dördü xilas edilib.

 

Məlumata əsasən, hadisə sərt hava şəraiti səbəbindən baş verib.

LENT

23 İyul 2018

Digər xəbərlər >>>