Sizin link burada

Toqo millisinin hücumçusu Azərbaycanda klub axtarır

Toqolu hücumçu Dav Vome klub axtarışına çıxıb.

 

Apasport.az saytının məlumatına görə, müqavilə ilə CAR-ın “Super Sport” klubuna mənsub olan, ancaq son mövsümü icarə əsasında “Orlando Pirates”də keçirən futbolçu axtarışlarını Azərbaycanda davam etdirir.

 

Bu barədə Vomenin agenti Mixael Nqobeni açıqlama verib. O, bildirib ki, müştərisi hazırkı klubunda xoşbəxt deyil. Futbolçu özü də komandasından ayrılmalı olduğunu açıqlayıb: “Baş məşqçi mənə dedi ki, özümə klub axtarım. Əslində “Super Sport”da mənə çox xoş idi, amma artıq məni heyətdə görmək istəmirlər. Elə bir klub axtarıram ki, davamlı oynaya bilim”.

 

 Qeyd edək ki, Toqo millisinin də üzvü olan 26 yaşlı hücumçu yığmada meydana çıxdığı 35 oyunda 6 qola imza atıb.

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018

Digər xəbərlər >>>