Sizin link burada

19 yaşlı saytın rəhbəri: “Xəbər istehsalında qərəzə yol verməmişik"

“Bütün bu illər ərzində çalışmışıq ki, xəbər istehsalında qərəz, digər neqativ hallara yol vermədən fəaliyyət göstərək. Digər tərəfdən də bizim ölkənin inkişafı, dövlətçiliklə bağlı məsələlərdə mövqeyimiz sabit olub və düşünürəm ki, bundan sonra da belə olacaq. Çalışmışıq ki, biz oxucunun arxasınca yox, oxucunu öz arxamızca gətirək. Prinsip etibarı ilə medianın işi bu olmalıdır”. Bunu bu gün 19 yaşı tamam olan “Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev təəssüratını Lent.az-la bölüşərkən deyib. 

 

Baş redaktorun sözlərinə görə, "Azadinform” yarananda mətbuatda cəmi 3-4 sayt var olub: “O saytlardan bəziləri sıradan çıxıb. Ondan sonra bir çox saytlar əmələ gəlib ki, onlar da cəmiyyətdə kifayət qədər nüfuz toplayıb. Biz də bunlarla sağlam rəqabət şəklində ayaqlaşmağa çalışırıq. Düşünürük ki, fəaliyyətimizi bundan sonra da bu günə kimi qurduğumuz kimi davam etdirəcəyik".

 

Qeyd edək ki, 1999-cu il yanvarın 10-da yaranmış Azadinform İnformasiya Agentliyinin əsas məqsədi beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

 

Azadinform İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var.

 

19 yaşı tamam olması münasibəti ilə Lent.az saytı adından başda Niyaz Niftiyev olmaqla, Azadinform İnformasiya Agentliyinin bütün kollektivini təbrik edirik!

LENT

22 İyul 2018
21 İyul 2018

Digər xəbərlər >>>