Sizin link burada

Xalq artisti Aygünü tənqid etdi: "Nə haqla özünə sənətkar deyir?"

 

Əməkdar artist Aygün Bəylərin özünə “Mən sənətkaram” deməsi xalq artisti Ceyran Haşımovanı özündən çxıxarıb. Lent.az-ın məlumatına görə, “Sayqa ilə bu axşam” verilişinə qonaq olan xalq artisti Röya Ayxanla Aygün Bəylər arasındakı qalmaqaldan söz açarkən belə deyib: “Keçmişdə sənət var idi. Aygün Bəylər istedadlıdır, uşaqlıqdan tanıyıram.  Mənə elə gəlir ki, musiqi onun canına elə hopub ki, danışığını bilmir. Onun nə ixtiyarı var ki, özünə sənətkar desin?! O sözü demək olmaz, günahdır. Sənətkarlar özləri haqqında danışmazlar. 40 il sənət aləmində sözünü deyənlər heç demirlər ki, mən sənətkaram”. 

 

LENT

20 İyul 2018

Digər xəbərlər >>>